AZ

Bakıda kişi qohumları ilə birləşib keçmiş arvadını oğurladı - Şok təfərrüat

Adam oğurluğunda təqsirləndirilən Şamo Qocayev, Ayaz Heydərli və Anar Talıblının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslər - Şamo Qocayev 10 il, Ayaz Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Şamo Qocayev keçmiş həyat yoldaşı Aygün Əhmədovanı dayısı oğlu Ayaz Heydərli və Anar Talıblı ilə birgə oğurlayıb. Onlar Aygün Əhmədovanın müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurublar. Zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək, yüngül dərəcəli bədən xəsarətləri yetirməklə adam oğurluğu cinayətini törədiblər.

Şamo Qocayev və Ayaz Heydərliyə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), Anar Talıblıya isə 144.2.3-cü Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) maddələri ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov
Seçilən
118
3
teleqraf.com

4Mənbələr