AZ

Kürdəmirdə xəstəxanaya gətirilən 7 yaşlı uşaq öldü

Kürdəmir rayonunda qrip olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb.
 
Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib.
 
Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
 
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Kürdəmir rayonu Cəyli kənd sakini 2017-ci il təvəllüdlü oğlan iyunun 14-də 11:30 radələrində ailə üzvləri tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
 
"Azyaşlının həkiməqədər ölüm halı qeydə alınıb".
 
Seçilən
132
9
moderator.az

10Mənbələr