AZ

Metro işçilərinin maaşı 200 manata yaxın artıb

Azərbaycanda metro işçilərinin orta aylıq maaşı 2024-cü ilin yanvar-mart aylarında 1 293,4 manat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin müvafiq dövründə 1 096.8 manat olub ki, bu da illik müqayisədə 196.6 manat və ya 18% artım deməkdir.

Bu ilin ilk 3 ayında metroda çalışanların sayı 4 491 nəfər təşkil edib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən metro işçilərinin sayı 0.3% artıb.

Seçilən
99
2
banker.az

10Mənbələr