AZ

Orta Dəhliz vasitəsilə konteyner yüklərinin daşınması 2 dəfə artıb

Bu ilin yanvar-may aylarında Qazaxıstanın Aktau dəniz limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə daşınmaq üçün 14,3 min TEU-dan çox konteyner emal edib. “Report” bu barədə limanın daxil olduğu “Kazakstan temir jolı” dəmir yolu operatorunun məlumatına istinadən xəbər verir.

“İlk 5 ayda Aktau limanı TBNM vasitəsilə 14,3 min TEU-dan çox daşıma həyata keçirib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur”, - məlumatda qeyd edilib.

Liman vasitəsilə 5 ay ərzində konteynerlərin ümumi daşınması 15,8 min TEU-dan çox olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 50 % çoxdur. May ayı daxil olmaqla, liman 5,1 min TEU-dan çox yük daşıyıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
4
avtosfer.az

10Mənbələr