AZ

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fövqəladə Hallar Nazirliyi 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-dən Oxu.Az-a verilən xəbərə görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
oxu.az

10Mənbələr