AZ

16 min insan qurban kəsərkən xəsarət alıb 

Türkiyədə bayramın ilk günü 16 minə yaxın insan qurban kəsərkən xəsarət alıb. 

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib. 

"Bayramın ilk günündə ölkə üzrə 16 minə yaxın insan qurbanlıq heyvanların kəsilməsi zamanı aldığı xəsarətlərə görə tibb müəssisələrinə müraciət edib", - deyə nazir "X" hesabında yazıb. SEO Xidməti

Onun sözlərinə görə, daha çox insan paytaxt Ankarada yaralanıb - 1 274 nəfər, İstanbulda 840, İzmirdə 416 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının tələblərinə görə, qurbanlıq heyvanların kəsimi xüsusi ayrılmış yerlərdə sanitar normalara riayət olunmaqla aparılmalıdır. Lakin Türkiyədə bu tələblər tez-tez pozulur və hər il Qurban bayramında minlərlə yerli sakin xəsarət alır.(Oxu.az) 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
7
yenisabah.az

10Mənbələr