AZ

İngiltərə klubu kapitanı ilə müqavilə müddətini uzadıb

İngiltərənin "Everton" klubu futbolçusu və kapitanı Şimus Koulmenlə müqavilə müddətini 2025-ci ilin yayına qədər uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu, müdafiəçinin "Everton"dakı 16-cı və son mövsümü olacaq. 35 yaşlı oyunçu 2009-cu ildə İrlandiyanın "Slayqo Rovers" klubundan "Everton"a 60 min funt-sterlinq qarşılığında transfer edilib və Liverpul komandasının heyətində ümumilikdə 422 oyun keçirib.

Qeyd edək ki, ötən mövsüm Ş.Koulmen İngiltərə Premyer Liqasında 12 oyunda meydana çıxıb. "Everton" 2023/2024 mövsümünü 15-ci yerdə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
4
ikisahil.az

5Mənbələr