AZ

İngiltərə klubundan kapitanla yeni müqavilə

İngiltərənin “Everton” klubu kapitanı Şimus Koulmenlə müqavilə müddətini 2025-ci ilin yayına qədər uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu, müdafiəçinin “Everton”dakı 16-cı və son mövsümü olacaq. 35 yaşlı oyunçu 2009-cu ildə İrlandiyanın “Slayqo Rovers” klubundan “Everton”a 60 min funt-sterlinq qarşılığında transfer edilib və Liverpul komandasının heyətində ümumilikdə 422 oyun keçirib.

Ötən mövsüm Koulmen İngiltərə Premyer Liqasında 12 oyunda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
futbolinfo.az

5Mənbələr