AZ

Azərbaycan millisinin kapitanı: Avropa çempionatında Türkiyə millisinə və Arda Gülərə azarkeşlik edəcəyəm

Azərbaycan

Bakı,14 iyun, AZƏRTAC

“Almaniyada keçiriləcək Avropa çempionatında Türkiyə və Gürcüstan yığmalarına azarkeşlik edəcəyəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatı ilə bağlı danışarkən deyib.

O, bu turnirdə bir çox oyunçunun adından söz etdirəcəyini vurğulayıb: “İngiltərə millisindən Cud Bellingem, İspaniyadan Lamin Yamal, Pedri, Türkiyədən Arda Gülər və Almaniyadan Florian Virts kimi oyunçuların qitə turnirində uğurlu çıxış edəcəklərini gözləyirəm. Arda “Real Madrid”in əsas heyətində çox şans qazana bilməsə də, Avro-2024-də qardaş ölkənin ən vacib silahlarından biri olacaq. Elə mən özüm də ona azarkeşlik edəcəyəm”.

Türkiyə millisinin şanslarını da dəyərləndirən 29 yaşlı yarımmüdafiəçi “ay-ulduzlular”ın qrupdan çıxacağını söyləyib: “Düzdür, qrupda Portuqaliya kimi güclü rəqib var. Lakin Türkiyə seçməsinin qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanacağını inanıram”.

S.Cəfərzadə finalda qarşılaşacaq komandalarla bağlı da proqnoz verib: “İngiltərə və Fransanın həlledici görüşdə üz-üzə gələcəyini düşünürəm. Bu baş verərsə, “Dumanlı Albion” təmsilçisi Avropa çempionatının qalibi olacaq”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
49
azertag.az

10Mənbələr