AZ

ABŞ-də təyyarə qəzası zamanı iki nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Alpine County" şerif departamenti məlumat yayıb.

Qeyd olunub ki, "Luscombe 8" tipli yüngül mühərrikli təyyarə Kaliforniyanın şimalındakı South Lake Tahoe bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb.

Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilib. Hazırda Milli Nəqliyyat Təhlükəsizliyi Şurası baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
139
19
cebheinfo.az

10Mənbələr