AZ

Koloradoda təyyarə qəzası oldu - Yaralananlar var

ABŞ-nin Kolorado ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Oxu24.com xəbər verir ki, insident Denverdən təxminən 65 km cənubda Larkspur şəhərciyinin yaxınlığında baş verib.

Bildirilib ki, kiçik ikimühərrikli “Tecnam P2006T” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb. Təcili yardım xidmətləri gələnə qədər onlar özləri təyyarədən çıxıblar.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə şəraiti Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
19
oxu24.com

10Mənbələr