AZ

Nazir: “Bütün müəllimlərin suala səhv cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır”

Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:

“Sadəcə sonuncu təkrar sertifikasiya imtahanının nəticələri açıqlandı və bu rəqəmlər cəmiyyətdə çaşqınlıq yaratdı. Bütün müəllimlərin suala səhv cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır, hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlərin az bir qismdir”.

Nazir xatırladıb ki, 2022, 2023, 2024-cü illərdə bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
21
tribunainfo.az

10Mənbələr