AZ

Nazir asan sualı yaza bilməyən müəllimlərdən danışdı

Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.



Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.



O bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:



«Sadəcə sonuncu təkrar sertifikasiya imtahanının nəticələri açıqlandı və bu rəqəmlər cəmiyyətdə çaşqınlıq yaratdı. Bütün müəllimlərin suala səhv cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır, hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əmək haqqına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlərin az bir qismidir».

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
21
ictimaimedia.az

10Mənbələr