“Bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir”.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, sosial əhatəlilik dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür: “Qanunvericilikdə məhdudiyyət varsa, o məhdudiyyətə rəğmən pul verilə bilməz. Qanunda olan məhdudiyyətlər də zamanında əsaslandırılıb. Qanuna dəyişiklik təklifi varsa, baxa bilərik. Amma hər bir dəyişikliyin də maliyyə yükünə baxılmalıdır”. SEO Xidməti
Telegram kanalımız