Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, klinikaya direktor vəzifəsinə universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.