AZ

Azərbaycanın ilk universitetində yeni ixtisas və ixtisaslaşmalar açılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.
BDU-dan Oxu.Az-a verilən məlumata görə, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində "Ekologiya mühəndisliyi" ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.
Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar "Korreksiyaedici təlimin metodika və metodologiyası", "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.
Qeyd edək ki, Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb və o zaman Bakı Universiteti, daha sonra Azərbaycan Dövlət Universiteti adlandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
50
oxu.az

10Mənbələr