AZ

Ermənistanda koronavirus və qızılca tüğyan edir

Son iki həftə ərzində Ermənistanda koronavirusa yoluxanların sayında artım qeydə alınıb.
 
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
 
"Son 14 gün ərzində COVID-19-a yoluxma hallarında artım müşahidə olunub. 109 (hər 100 min nəfərə 3,7) hadisə qeydə alınıb", - deyə Səhiyyə Nazirliyi bildirib.
 
Eyni zamanda, qızılca ilə bağlı vəziyyət narahatlıq doğurur. İyunun sonuna 486 yoluxma faktı qeydə alınıb ki, onlardan da 287-si 18 yaşa qədər olan şəxslərdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
11
moderator.az

10Mənbələr