Bakı, 14 iyun, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Lisey 2023/2024-cü il tədris ilində 182 məzunla vidalaşır. Doqquz şagirdimiz liseyi xüsusi nümunəli dövlət sənədi – attestatla bitirir. Məzunlarımızın böyük əksəriyyəti liseyi fərqlənmə attestatı ilə bitirirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində liseyin direktoru Fərqanə İsayeva söyləyib.
Direktor deyib: “Məzunların sırasında “Sabahın alimləri” respublika müsabiqəsinin, beynəlxalq olimpiadaların, beynəlxalq layihə olimpiadalarının qaliblərini, eləcə də yerli və xarici ölkə universitetlərinə uğurla qəbul olan şagirdlərimizi alqışlayırıq”.