AZ

YAP Yasamal rayon təşkilatı aztəminatlı ailələrə bayram sovqatları payladı - FOTOLAR

YAP Yasamal rayon təşkilatının təşkilatçılığı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü və Yasamal rayon bələdiyyəsinin dəstəyi ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyasına yekun vurulub.

"Unikal" xəbər verir ki, qurban bayramı münasibəti ilə dörd gün müddətində keçirilən aksiyada 17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələr ziyarət edilib, həmin ailələrə bayram sovqatları paylanılıb. Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, aksiyanın keçirildiyi dörd gün müddətində 1020 ailəyə bayram sovqatları paylanılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
unikal.az

10Mənbələr