AZ

Rusiyalı deputatlar tənbeh olundular: "Gizlincə istifadə edirsiniz?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gizlincə istifadə edirsiniz?"
Bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iclas zamanı energetik içkilər istehlak edən deputatlara müraciətlə deyib.
Məsələ burasındadır ki, Rusiya Dövlət Dumasının deputatlarına energetik içkiləri içmək qadağan edilib. Bu içkiləri Dumanın mağazasından yığışdırmaq və parlamentarilərdən müsadirə etmək əmri verilib.
Vyaçeslav Volodinin sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinə göstəriş verilib ki, deputatlardan bu içkilər götürülsün.
"Sonra isə bununla kimlərin maraqlandığını səsləndirəcəyik. Nikolay Vasilyeviç, siz niyə donmusunuz? Bununla günah işlər görürsünüz? Baxıram, səhərdən nəsə aktiv gözə dəyirsiniz", - Volodin bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya Dövlət Duması sentyabrın 1-dən yetkinlik yaşına çatmayanlara energetik içkilərin satışını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Mənbə: "NEWS.ru" "Telegram"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
29
oxu.az

10Mənbələr