AZ

"Wesn Film Production" istehsalı olan "Cərrah" filmi Azərbaycan həkimlərinə verilən bir dəyərdir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



17 iyun Tibb İşçilərinin Peşə bayramı günü ərəfəsində Ümumi Cərrahiyyə uzmanı, cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərova həsr olunmuş sənədli film təqdim olunub. Ekran əsərində azərbaycanlı cərrahın peşə fəaliyyətinin ən incə məqamlarına toxunulub.
Əsas məqsəd müasir günümüzdə Azərbaycanda da kifayət qədər peşəkar və nüfuzlu mütəxəssislərin olduğunu xüsusi vurğulamaq, insanların müalicə və xüsusi əməliyyatlar üçün xaricə üz tutmamasına artıq ehtiyac qalmadığını qeyd etməkdir. Xüsusilə qeyd edək ki, İkinci Qarabağ Müharibəsi zamanı Elmir Əsgərov bir cərrah olaraq əsgərlərimizin yanında olmağı özünə borc bilib, bir sıra ağır əməliyyatları uğurla həyata keçirib. 30 dəqiqəlik ekran işinin ssenarisi real hadisələr üzərində qurulub və təsirli səhnələri ilə bu müddətdə tamaşaçının diqqətini özündə saxlaya bilir. Filmin istehsalçısı "Wesn Film Produchtion"dır. Quruluşçu rejissoru Aslan Qarayev, montaj rejissoru Polad Elmanoğludur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
oxu.az

10Mənbələr