AZ

"Tapmaca 2" "Dune 2" filmini geridə qoydu

"Tapmaca 2" (Inside Out 2) cizgi filmi qlobal kassada 720 milyon dollardan çox gəlir əldə edib.

Teleqraf.com xəbər verir ki, premyerası iyunun 14-də baş verən cizgi filmi bu gəliri cəmihəftə yarıma qazanıb.

Cizgi filmi 720 milyon dollar gəlir əldə eləməklə 711 milyon dollar qazanan "Dune 2" filmini keçib. Nəticədə "Tapmaca 2" 2024-cü ilin ən çox gəlir gətirən işi olub.

Xatırladaq ki, cizgi filminin istehsal büdcəsi 200 milyon dollar təşkil edib.

"Tapmaca 2" baş qəhrəman Rayli Andersonun yeniyetməlik dövründən bəhs edir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
teleqraf.com

10Mənbələr