AZ

Makronun reytinqi aşağı düşüb – Dəstəyi itirir

Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.

NOCOMMENT.az xəbər verir ki, bugünədək sorğuda iştirak edən fransalıların cəmi 24 faizi öz liderlərinə “ölkənin qarşısında duran problemlərin səmərəli həllində” etibar edir.

Makron, həmçinin, öz elektoratının etimadını itirməyə başlayıb. Sorğuda iştirak edənlər arasında prezidentin reytinqi 3 faiz azalıb.

Xatırladaq ki, iyunun 9-da Fransa prezidenti ölkə parlamentinin buraxılması və vaxtından əvvəl seçki keçirilməsi barədə qərar qəbul edib. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək.

Bununla da Makron partiyasının Avropa Parlamentinə seçkidə ciddi məğlubiyyətini qəbul edib. Onun partiyası səslərin 15,4 faizini toplayıb. Bu isə səslərin 32 faizini toplayan müxalif sağçı “Milli birlik” partiyasının səslərindən iki dəfə azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
nocomment.az

2Mənbələr