AZ

Makronun reytinqi rekord dərəcədə aşağı düşüb

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədəaşağı düşüb.

Trend "Elabe"sosioloji xidmətinin tədqiqat məlumatlarına istinadən xəbər verirki, bugünədək sorğuda iştirak edən fransalıların cəmi 24 faizi özliderlərinə "ölkənin qarşısında duran problemlərin səmərəlihəllində" etibar edir.

Makron, həmçinin, öz elektoratının etimadını itirməyə başlayıb -sorğuda iştirak edənlər arasında prezidentin reytinqi 3 faizazalıb.

Qeyd etmək lazımdır ki, Makronun 2022-ci ildə ikinciprezidentlik müddətinin əvvəlindən reytinqi ən aşağı səviyyəyədüşüb. Bu, həm də onun 2017-ci ildə seçilməyindən sonra (2018-ciilin dekabrında 23 faiz) ikinci ən aşağı göstərici olub.

Eyni zamanda, qeyd olunur ki, Qabriel Attalın baş nazir postundafəaliyyətini sorğuda iştirak edənlərin 29 faizi təqdir edir ki, buda ötən ayla müqayisədə 4 faiz azdır.

Xatırladaq ki, iyunun 9-da Fransa prezidenti ölkə parlamentininburaxılması və vaxtından əvvəl seçkilərin keçirilməsi barədə qərarqəbul edib

"Növbədənkənar parlament seçkilərinə çağırıram. Birinci turiyunun 30-da, ikinci tur isə iyulun 7-də baş keçiriləcək", - MakronFransa xalqına müraciətində deyib.

Bununla da Makron partiyasının Avropa Parlamentinə seçkilərdəkiciddi məğlubiyyətini qəbul edib. Qeyd edək ki, Makronun partiyasıAvropa Parlamentinə seçkilərdə səslərin 15,4 faizini toplayıb. Buisə səslərin 32 faizini toplamış müxalif sağçı "Milli birlik"partiyasının səslərindən iki dəfə azdır.

Daha sonra xarici KİV parlament seçkilərində sağçılar qələbəqazanacağı təqdirdə Fransa prezidenti Emmanuel Makronun istefayagedəcəyi barədə məlumat yayıb. Lakin Fransa prezidentininadministrasiyası bu məlumatları təkzib edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
83
42
az.trend.az

10Mənbələr