AZ

Bakıda iki yaşlı körpə xəstəxanada ölüb » Medical Media


Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.

TƏBİB-dən Medicalmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00 radələrində huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

"Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30 radələrində posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb", - məlumatda vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
27
medicalmedia.az

10Mənbələr