AZ

Bakıda iki yaşlı körpə xəstəxanada öldü  

Bakıda Bakıda iki yaşlı körpə xəstəxanada öldü

Respublika Neyrocərrahiyyə Xəstəxanasında iki yaşlı körpənin həkim nəzarətsizliyi nəticəsində öldüyü iddia olunur.

E-saglam.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yol-nəqliyyat hadisəsi zamanı körpənin xəsarət alması səbəbindən baş verib:

"Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 13.06.2024-cü il tarixində saat 22:00-da huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının 14.06.2024-cü il tarixində saat 02:30-da posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb".

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
27
e-saglam.az

10Mənbələr