AZ

Azərbaycanda bəzi ərazilərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - 14.06.2024

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Məlumata əsasən, dağlıq rayonlarda yağıntılar intensiv və güclü olub. İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm, Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8 mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı, Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan Damarçın çayından qısamüddətli sel keçib.
İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
4
oxu.az

10Mənbələr