AZ

Şimşək çaxdı, leysan yağdı - Nə vaxtadək davam edəcək?

İyunun 22-si saat 07:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib. 

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.  SEO Xidməti

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 23-ü gündüzədək fasilələrlə davam edəcək. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
39
yenisabah.az

10Mənbələr