AZ

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində həlak olanların sayı 37 mini keçib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 37 232 nəfərə yüksəlib.

Vətəninfo.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 251 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlarda daha 30 fələstinlinin həyatını itirdiyi, 105 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 232-ə, yaralıların sayının isə 85 037 nəfərə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
8
veteninfo.az

10Mənbələr