AZ

İsrail Livanın cənubunu hədəfə alıb

İsrail ordusunun Livanın cənubunda 3 mərtəbəli binaya həyata keçirdiyi hava hücumunda ölən və yaralananların olduğu bildirilib.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusuna aid təyyarələr Livanın Sur şəhərinin şərqində Deyr Qanun-en Nehr qəsəbəsi ilə Cannata arasındakı 3 mərtəbəli evə hava hücumu həyata keçirib.

NNA daha sonra öz xəbərində İsrailin hədəf aldığı binanın uçması nəticəsində ilkin təsbitlərə görə 7 mülki vətəndaşın yaralandığını və yaralıların Sur şəhərindəki xəstəxanaya göndərildiyini bildirib.

Qeyd olunub ki, hücum nəticəsində 3 mərtəbəli bina tamamilə dağılıb, bina sakinlərinin xilas edilməsi üçün hadisə yerinə təcili tibbi yardım maşınları və axtarış-xilasetmə qrupları göndərilib.

Digər tərəfdən, Livan yerli mətbuatında yer alan xəbərə görə, İsrailin hücumu nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, ölənlərin sayı və onların şəxsiyyəti ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Hücumla bağlı İsrail ordusu və Livan hakimiyyəti tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
15
kommersant.az

10Mənbələr