AZ

Papa G7-də süni intellektdən danışacaq

ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Yaponiya və İtaliyadan ibarət G7 qrupunun liderlər sammiti dünən İtaliyada başlayıb. Bizimyol.info xəbər verir ki, ölkənin Puglia bölgəsində keçirilən üç günlük sammitin ilk günündə ABŞ-ın 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiya aktivlərinin girov kimi Ukraynaya 50 milyard dollar kredit ayırması təklifi ilə bağlı razılıq əldə olunub. Qəzzada Həmas-İsrail qarşıdurması sammitin əsas gündəm maddələri arasında olmaqla, dünən keçirilən qısa iclaslarda Afrikaya investisiyalar, iqtisadi inkişaf və iqlim dəyişikliyi də müzakirə edilib. Prezident Rəcəb Tayyib Ərdoğan, Hindistan lideri Narendra Modi və Braziliya prezidenti Lula da Silva kimi G7-yə daxil olmayan ölkələrin liderləri ilə yanaşı, Roma Papası da qrupun tarixində ilk dəfə görüşlərə qatılacaq. Katolik dünyasının ruhani lideri Papa Fransiskin bu gün keçiriləcək sammit çərçivəsində süni intellektlə bağlı paneldə çıxış edəcəyi gözlənilir. Qəzza və Ukraynadakı müharibələrlə bağlı bir sıra görüşlərə qatılması gözlənilən Papa, Türkiyə prezidenti Ərdoğan başda olmaqla bir sıra liderlərlə də ikitərəfli təmaslar keçirəcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
bizimyol.info

3Mənbələr