AZ

Papa G7-də süni intellektdən danışacaq


ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Yaponiya və İtaliyadan ibarət G7 qrupunun liderlər sammiti dünən İtaliyada başlayıb.

7NEWS.az xəbər verir ki,  Rəcəb Tayyib Ərdoğan, Hindistan lideri Narendra Modi və Braziliya prezidenti Lula da Silva kimi G7-yə daxil olmayan ölkələrin liderləri ilə yanaşı, Papa da qrupun tarixində ilk dəfə görüşlərə qatılacaq. Katolik dünyasının ruhani lideri Papa Fransiskin bu gün keçiriləcək sammit çərçivəsində süni intellektlə bağlı paneldə çıxış edəcəyi gözlənilir. Qəzza və Ukraynadakı müharibələrlə bağlı bir sıra görüşlərə qatılması gözlənilən Papa, prezident Ərdoğan başda olmaqla bir sıra liderlərlə də ikitərəfli təmaslar keçirəcək.

7NEWS.az
Seçilən
86
2
7news.az

3Mənbələr