AZ

Yulian Nagelsman AÇ-2024-ün açılış oyunu haqda danışdı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman Şotlandiya yığması ilə Avropa çempionatının (AÇ-2024) açılış oyunu haqda danışıb.

Arena.az məlumat verir ki, alman mütəxəssis bu barədə mətbuat konfransında söhbət açıb:

“Şotlandiya çox yaxşı komandadır, heyətində dörd və ya beş vacib oyunçu var. Onlar çoxsaylı atmalar edirlər. Onların komandası futbolun oynanılmasında böyük irəliləyiş əldə edib. Şübhəsiz ki, onların qeyri-adi zehniyyəti var. Biz şotlandlardan daha artıq təzyiq altındayıq. İlk oyunda qalib gəlmək istəyirik. Komandadan da özlərinə inanmağı tələb edirəm. Yaxşı oyunçularımız var və son oyunlarda zehniyyətimizi ortaya qoyduq. Almaniya yığmasında gərək olan hər şey var və biz bunu meydanda göstərmək istəyirik”, deyə Nagelsman vurğulayıb.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Almaniya millisi qitə birinciliyində Şotlandiya, Macarıstan və İsveçrə yığmalarının yer aldığı “A” qrupunda mübarizə aparacaq. Bundestim ilk oyununu bu gün – iyunun 14-də Şotlandiya yığmasına qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
arena.az

10Mənbələr