AZ

Avro-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirə bilər

Avro-2024-ə ev sahibliyi Almaniyaya böyük məbləğdə gəlir gətirə bilər.

Xarici mətbuat xəbər verir ki, qitə çempionatının ölkəyə 1 milyard ABŞ dolları qazandıracağı proqnozlaşdırılır. Burada əsas amil kimi Almaniyaya turist axınının artması göstərilib.

Qeyd edək ki, Avropa çempionatına Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq. Münhen şəhərində yerləşən “Alyants Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
yeniazerbaycan.com

10Mənbələr