AZ

BMT rəsmisi: "Qəzza zolağında atəşkəs əldə olunmasa bir nəsil məhv olacaq"

İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs əldə olunmasa bir nəsil məhv olacaq.

APA xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filipp Lazzarini mətbuata açıqlamasında deyib.

Uşaqların dünyanın heç bir yerində heç bir uşağın görməməli və yaşamaması lazım olan hadisələri yaşadıqlarını vurğulayan Lazzarini çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.

O bildirib ki, İsrailin hücumları nəticəsində uşaq məktəbləri dağıdılıb və onlar bütün tədris ilini təhsilsiz və oyunsuz itiriblər.

Hücumların Qəzzadakı uşaqların uşaqlıqlarını qarət etdiyini və atəşkəs çağırışını etdiyini bildirən Lazzarini, Qəzzada atəşkəs olmasa, bir nəslin itiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 232 fələstinli həlak olub, 85 min 37 nəfər isə yaralanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
apa.az

2Mənbələr