AZ

UNRWA: Qəzzada atəşkəs olmasa, bir nəsil məhv olacaq

UNRWA: Qəzzada atəşkəs olmasa, bir nəsil məhv olacaq

UNRWA-nın baş komissarı Lazzarini İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs əldə olunmasa, bir nəsilin məhv olacağını bildirib.Uşaqların dünyanın heç bir yerində heç bir uşağın görməməsi və yaşamaması lazım olan hadisələri yaşadıqlarına diqqət çəkən UNRWA-nın baş komissarı çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.O bildirib ki, İsrailin hücumları nəticəsində uşaq məktəbləri dağıdılıb və onlar bütün tədris ilini təhsilsiz və oyunsuz itiriblər.Hücumların Qəzzada uşaqların uşaqlığını oğurladığını ifadə edən və atəşkəsə çağıran Lazzarini, Qəzzada atəşkəs olmasa, bir nəsil itiriləcəyi ilə bağlı xəbərdarlıq edib.Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 232 fələstinli həlak olub, 85 min 37 nəfər isə yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
afn.az

2Mənbələr