Müğənni Roza Zərgərlinin qızı Bənövşə Türkiyədə magistraturanı bitirib.
Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:
"Mənim nəfəsim, bütün arzularımı həqiqətə çevirən varlığım. Bu pilləni də bitirdin, artıq magistr oldun. Növbədə elmlər namizədliyi qaldı. Qərar sənindir. Təşəkkür edirəm, qızım".