AZ

Erməni müxalifəti Baqramyan prospektini açmaq qərarına gəlib

İyunun 9-dan Ermənistan parlamentinin binası yaxınlığında Baqramyan prospektini bağlayan erməni müxalifəti bu prospekti açmaq qərarına gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mitinqdə "Vətən naminə Tavuş" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

"Elan etdiyimiz 96 saat başa çatdığından biz çadır şəhərciyini bağlamaq və Baqramyan prospektini açmaq qərarına gəldik, biz hərəkatımızı yenidən formatlaşdıracağıq və məsələni qalibiyyətlə yekunlaşdıracağıq", - Qalstanyan qeyd edib. 

Arxiyepiskop əlavə edib ki, müxalifət iyunun 17-də növbədənkənar iclasa hazırlaşacaq, iclasın gündəliyinə parlamentin hökumətin istefasının zəruriliyi ilə bağlı bəyanatını qəbul etmək niyyəti daxil olacaq.

Artıq hökumətin "Mülki müqavilə" fraksiyası bu iclasda iştirak etməyəcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
13
iqtisadiyyat.az

10Mənbələr