AZ

Erməni keşiş etiraz hərəkatının növbəti planlarını AÇIQLADI

Ötən gün yenidən İrəvanda etiraz aksiyalarına başlayan keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda” hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar orada çoxlu çadırlar qurublar.

Arxiyepiskop Respublika meydanında keçirilən dünənki mitinqdə hərəkatın planları ilə bağlı 3 addım təqdim edib:

Birincisi, iyunun 11-də saat 16:30-da hökumətin istefasını gündəmə gətirmək üçün parlamentin müxalifətçi deputatları ilə görüş keçiriləcək.

İkincisi, parlamentdən növbədənkənar sessiyanın keçirilməsi barədə qərar qəbul etmək tələb olunacaq.
 

Üçüncüsü, xalqın tələbi əsasında parlament növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılması qərarla təsdiq etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
13
modern.az

10Mənbələr