AZ

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib

Böyük Britaniya hökuməti Rusiyaya qarşı 50-dən çox yeni sanksiya tətbiq edib.

AZƏRTAC Britaniya hökumətinin saytına istinadla xəbər verir ki, yeni sanksiyalar Çin, İsrail, Qırğızıstan və Türkiyədə yerləşən qurumlar da daxil olmaqla, Rusiya ordusuna döyüş sursatları, mikroelektronika və logistika tədarükçülərini, həmçinin Şimali Koreyadan Rusiyaya hərbi yük daşıyan gəmiləri hədəfləyir.

Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, tədbirlər Rusiyaya qərb sanksiyalarından yayınmağa kömək edən dörd neft tankerini, həmçinin neft dağılmaları və toqquşmalar da daxil olmaqla risklərə qarşı mühüm sığorta təminatçısı olan "Ingosstrakh Insurance Co"nu da əhatə edir. Ümumilikdə, müxtəlif sənaye sahələrini təmsil edən 50 hüquqi qurum və fiziki şəxsə sanksiya tətbiq edilir.

Moskva Fond Birjası da daxil olmaqla, Rusiyanın maliyyə sisteminin mərkəzində dayanan qurumlar da sanksiyalara məruz qalıb.

Britaniyanın Baş naziri Rişi Sunak İtaliyada keçirilən G7 Liderlər Sammitində iştirak edərkən elan edilən sanksiyaların Rusiyanın maliyyələşmək və təchizat qabiliyyətini aşağı salacağını deyib.

Aytən Abbaslı

London

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
3
ilk.az

4Mənbələr