AZ

Böyük Britaniyadan QƏRAR - Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildi

Image

Böyük Britaniya hökuməti Rusiyaya qarşı 50-dən çox yeni sanksiya tətbiq edib. Britaniya hökumətinin rəsmi saytında yer alan xəbərdə deyilir ki, yeni sanksiyalar Çin, İsrail, Qırğızıstan və Türkiyədə yerləşən qurumlar da daxil olmaqla, Rusiya ordusuna döyüş sursatları, mikroelektronika və logistika tədarükçülərini, həmçinin Şimali Koreyadan Rusiyaya hərbi yük daşıyan gəmiləri hədəfləyir.

Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, tədbirlər Rusiyaya qərb sanksiyalarından yayınmağa kömək edən dörd neft tankerini, həmçinin neft dağılmaları və toqquşmalar da daxil olmaqla risklərə qarşı mühüm sığorta təminatçısı olan "Ingosstrakh Insurance Co"nu da əhatə edir. Ümumilikdə, müxtəlif sənaye sahələrini təmsil edən 50 hüquqi qurum və fiziki şəxsə sanksiya tətbiq edilir.

Moskva Fond Birjası da daxil olmaqla, Rusiyanın maliyyə sisteminin mərkəzində dayanan qurumlar da sanksiyalara məruz qalıb.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
baki-xeber.com

4Mənbələr