AZ

Bayden: “ABŞ Ukraynaya qoşun yeritməyəcək, razılaşmada bu nəzərdə tutulmayıb”

“Vaşinqton və Kiyevin imzaladığı təhlükəsizlik zəmanətləri haqqında saziş Amerika qoşunlarının Ukraynaya göndərilməsini nəzərdə tutmur”.

KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden belə deyib

Amerika liderinin sözlərinə görə, sözügedən sənədin məqsədi Ukraynanın müdafiəsini gücləndirməkdir.

“Bu, silah və sursatların tədarükü yolu ilə həyata keçirilməlidir”, – deyə Bayden əlavə edib.

Xatırladaq ki, iyunun 13-də Ukrayna prezidenti Volodimir Zelenski ilə Bayden arasında 10 il müddətinə təhlükəsizlik sazişi imzalanıb.

Qərb mediasının məlumatına görə, razılaşma Ukraynanın NATO-ya üzvlüyünə körpü dəstəyi kimi qiymətləndirilir.

Bununla belə, saziş təkcə silah tədarükünü deyil, həm də Kiyev rejiminə kəşfiyyat məlumatlarının verilməsini, Ukrayna hərbi-sənaye kompleksinə investisiyaları və Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarının hazırlanmasını nəzərdə tutur.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
konkret.az

10Mənbələr