AZ

“WhatsApp”a yeni qadağa: Profilləri skrinşot etmək olmayacaq

“WhatsApp” messencerinin “iPhone” versiyası istifadəçi profillərinin skrinşot edilməsinin qarşısını alan yeni funksiyanı təqdim edib. Manset.az Lent.az-a  istinadən xəbər verir ki, hazırda funksiya “WhatsApp”ın yalnız “iPhone” üçün 24.10.10.70 nömrəsi altında beta versiyasında mövcuddur.  Bu versiyanın istifadəçiləri başqasının profilini skrinşot etməyə cəhd edərkən qadağa xəbərdarlığı alırlar. “Skrinşot bloklanıb. “WhatsApp” istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb”, – bildirişdə deyilir. Yenilik kontaktlarını aldatmaq üçün başqalarının profil fotolarından istifadə edən fırıldaqçılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub. Bu funksiya skrinşot çəkmə imkanını bloklasa da, kiminsə başqa cihazdan ekran şəklini çəkməsinə heç bir maneə törətmir.

Bu funksiyanın tətbiqin bütün versiyalarına yayılacağı gözlənilir. Lakin yerləşdirmənin dəqiq vaxtı hələlik açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
manset.az

10Mənbələr