Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatı olub, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və muğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta