AZ

Sahib Paşazadəyə fəxri ad verildi

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatı olub, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və muğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
olay.az

6Mənbələr