AZ

İcraçı direktor: ”Danışıqlar prosesində onun da bizə inandığının şahidi olduq”

"AFFA rəhbərliyi olaraq ona inanırıq.

Danışıqlar prosesində onun da bizə inandığının şahidi olduq. Yığmanın müəyyən matçlarına baxıb".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi uğurlu iş birliyinə ümid etdiklərini söyləyib:

"Fernandu Santuşa "xoş gəlmisiniz" deyirik və uğurlar arzulayırıq. Milli rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxmalıdır.

Fernandu Santuş da məğlubiyyəti qəbul etməyən mütəxəssisdir".

S.Hacıyev seçmə mərhələlərdə hər qrupda reallığı nəzərə almağın vacib olduğunu da söyləyib.

Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
sportinfo.az

3Mənbələr