AZ

“Danışıqlar prosesində Santuşun da bizə inandığının şahidi olduq” – Sərxan Hacıyev

“Fernandu Santuşla bağlı çox danışmağa ehtiyac yoxdur. Dünyaca məşhurdur və bir sıra uğurları olub”.

Futbolinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Santuşun təyinatı ilə bağlı danışarkən deyib.

Hacıyev daha sonra 69 yaşlı mütəxəssisin karyerası barədə məlumat verib:

“AFFA rəhbərliyi olaraq ona inanırıq. Danışıqlar prosesində onun da bizə inandığının şahidi olduq. Yığmanın müəyyən matçlarına baxıb”.

Federasiya rəsmisi uğurlu iş birliyinə ümid etdiklərini söyləyib: “Fernandu Santuşa xoş gəlmisiniz deyirik və uğurlar arzulayırıq. Milli rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxmalıdır. Fernandu Santuş da məğlubiyyəti qəbul etməyən mütəxəssisdir”.

Hacıyev seçmə mərhələlərdə hər qrupda reallığı nəzərə almağın vacib olduğunu da söyləyib.

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
futbolinfo.az

3Mənbələr