AZ

HƏMAS daimi atəşkəs tələb edir

Girovlarla bağlı razılaşmaya əsas maneə Fələstinin radikal HƏMAS hərəkatının tam və daimi atəşkəs tələbidir.

Busaat.az xəbər verir ki, HƏMAS İsrail hakimiyyətindən atəşkəs üçün zəmanət verməyi tələb edir.

Eyni zamanda, İsrail tərəfi təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib. Bu müddət ərzində İsrail və HƏMAS daimi atəşkəsin daxil olacağı ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar.

İsrailin təklifi danışıqların davam etdirilməsi üçün altı həftəlik atəşkəsin uzadılmasına imkan versə də, HƏMAS qorxur ki, vaxt məhdudiyyəti İsrail tərəfinə döyüşləri bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
44
busaat.az

10Mənbələr