AZ

"HƏMAS girovların azad edilməsi üzrə əsas tələbindən imtina edib" - "Reuters"

"Hazırda tərəflər arasında saziş əldə edilməsinə gerçək şans yaranıb..."
 
HƏMAS ABŞ-ın israilli girovların, o cümlədən hərbi qulluqçuların və kişilərin azad edilməsi barədə danışıqlara başlamaq təklifini qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə qruplaşmanın adının açıqlanmasını istəməyən yüksək vəzifəli məmuru məlumat verib.
 
Onun sözlərinə görə, HƏMAS saziş imzalanmadan öncə ilkin şərt kimi Qəzza bölgəsində tam atəşkəs barədə tələbindən imtina edib və sövdələşmənin birinci altı həftəlik mərhələsi ərzində hərbi əməiyyatların dayandırılması barədə danışıqlar aparılmasına razılıq verib.
 
İsrailin danışıqlar qrupundakı mənbə həmçinin anonimlik şərtilə hesab edir ki, hazırda saziş əldə edilməsinə gerçək şans var.
 
Bu ərəfədə İsrail baş nazirini ofisi agentliyə məlumat verib ki, sövdələşmə barədə danışıqlar gələn həftə davam edəcək və tərəflər arasınsa hələ də ixtilaflar qalmaqdadır.
 
Xatırladaq ki, mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada sülh nizamlanması üzrə üçmərhələli yeni saziş layihəsinin şərtlərini açıqlayıb.
 
Birinci mərhələ altı həftəyə hesablanıb və tam atəşkəs, İsrail qoşunlarının yaşayış məntəqələrindən çıxarılması, HƏMAS tərəfindən saxlanılan girovların İsrail həbsxanalarında cəza çəkən ərəblərlə mübadilə əsasında azad edilməsini nəzərdə tutur.
 
Həmçinin bu dövrdə tərəflər danışıqlara başlamalı, atəşkəs rejimi isə tam qarşılıqlı anlaşma əldə edilənədək qüvvədə olacaq.
 
İkinci mərhələdə bütün girovların, o cümlədən hərbi qulluqçuların azad edilməsi nəzərdə tutulur. 
 
Üçüncü mərhələdə Qəzza bölgəsinin bərpası və həlak olan israillilərin qalıqlarının təhvil verilməsi həyata keçiriləcək.
 
İyulun 4-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin Misir, Qətər və Türkiyə ilə Qəzzada vəziyyətin nizamlanması variantları ilə bağlı məsləhətləşmələr apardığı barədə məlumat verilib.
 
CNN telekanalının dəyərləndirməsinə görə, İsrail və HƏMAS, deyəsən, növbəti dəfə Qəzza bölgəsində atəşkəs sazişinin bağlanmasına yaxınlaşıb.
 
HƏMAS-ın son cavabı tərəflərə sazişə nail olmaq üçün "detallı danışıqlara" başlamağa imkan verəcək. Lakin telekanal vurğulayıb ki, sövdələşmənin taleyi hələlik bəlli deyil.
Seçilən
164
4
moderator.az

10Mənbələr