AZ

“Ənsar Allah” hərəkatı (husilər) “Tutor” ticarət gəmisini batırdı

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Qırmızı dənizdə “Tutor” ticarət gəmisinə hücum etdiyini bildirib.

Editor.az ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən xəbər verir ki, nəticədə maşın otağı zədələnib. Liberiya bayrağı altında üzən gəmi Yunanıstana məxsusdur və bu yaxınlarda Rusiyada yola düşüb. “İran tərəfindən dəstəklənən husilərin pilotsuz suüstü maşını Qırmızı dənizdə Liberiya bayrağı altında üzən Yunanıstana məxsus “Tutor” gəmisinə hücum edib.

Gəmi axırıncı dəfə Rusiyada olub. Zərbə güclü daşqın və mühərrik otağına ziyan vurması ilə nəticələnibi”, CENTCOM X sosial mediada yazıb. Husilər həmçinin iki ballistik raket atıblar, lakin ABŞ ordusunun məlumatına görə heç bir Amerika, koalisiya və ya digər ticarət gəmiləri vurulmayıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
11
editor.az

10Mənbələr